Bahçeli: Türkiyə və Azərbaycanın hava məkanında təxribat görmək istəmirik
10.03.2026

Bir daha Türkiyə və Azərbaycan hava məkanında təxribat görmək istəmirik.

 Bu barədə Türkiyənin  Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri  Devlet  Bahçeli partiyasının qrup toplantısında çıxışı zamanı deyib.

Bahçeli  bu barədə İrana xəbərdarlıq edib. O, həmçinin Türkiyə və  Azərbaycan arasında təxribat xarakterli davranışları qətiyyətlə rədd etdiyini bildirib.

“Hər bir ölkə ağıllı davranmalıdır. Türkiyə üzərində qumar oynanacaq bir ölkə deyil. Bunun təxribat, qıcıqlandırma və ya planlı bir addım olub-olmadığını aydınlaşdırmalı olan ölkə İran İslam Respublikasıdır. Biz bunun qəsdən edilən bir addım olmadığına inanmaq və yaxşı qonşuluq münasibətlərimizi qorumaq istəyirik. Lakin ehtiyatlı və ölçülü bir dillə də bildiririk ki, Türkiyə elə bir ölkə deyil ki, istənilən vaxt istənilən tərəf öz istəyi ilə raket ata bilsin və bunu adi hal kimi görsün. Bir daha Türkiyə və Azərbaycan  hava məkanında təxribat görmək istəmirik”, – o qeyd edib.

visiontv.az