“Yeni ali liderin fəaliyyət planlarını və mövqeyini gözləyirik"
11.03.2026

İranın xarici işlər naziri Abbas Əraqçı BBC telekanalına müsahibəsində bildirib ki, İranın yeni lideri Müctəba Xameneyi hakimiyyətin fəaliyyət planlarını və mövqeyini açıqlayana qədər yeni vəzifələrlə bağlı qərarlar hələ məlum deyil.

Əraqçı vurğulayıb ki, Müctəba Xameneyinin seçilməsi “Amerika və İsrailə qarşı müqavimətin davamı” kimi dəyərləndirilir. Ancaq ABŞ rəsmiləri ilə dialoq və təmas məsələsinə münasibət bildirməsi üçün hələ tezdir və çıxışları gözlənilir. Nazir qeyd edib ki, ABŞ tərəfi ilə dialoq ehtimalı azdır.

Bundan əlavə, SEPAH-ın Hörmüz boğazını bağlamaqla bağlı açıq təhdidlərinə baxmayaraq, Əraqçı bildirib ki, İran və onun hərbi qüvvələri belə bir addım atmayıb:

“Amerika və İsrail bölgədə sabitliyi pozublar. Buna görə də neft tankerləri və yük gəmiləri Hörmüz boğazından keçməkdə qorxu yaşayırlar. İran isə Hörmüz boğazındakı neft tankerləri və yük gəmiləri üçün təhlükə deyil”, – deyə, o, bildirib.

visiontv.az