SEPAH Türkiyədə Kürecik bazasını hədəfə almaq istəyir
11.03.2026

Terrorçu Sepaha bağlı qüvvələr Türkiyədə yerləşən uzunmənzilli xəbərdarlıq və izləmə radarlarını, o cümlədən Kürecik bazasını hədəf almaq istəyir.

Sepaha yaxınlığı ilə tanınan media qurumları bildirirlər ki, İrana məxsus balistik raketlərin mümkün hədəfləri bu radar sistemləridir, çünki onlar NATO-nun havadan müdafiə şəbəkəsinin vacib hissəsini təşkil edir və uzaq məsafələrdən ballistik raketləri və hava hücumlarını aşkar etmək qabiliyyətinə malikdir. Onlar qeyd edirlər ki, əgər İran Avropaya qarşı təhdidlərini gerçəkçi göstərmək istəyirsə, bu radarları sıradan çıxarmaq üçün ciddi cəhdlər etmək zorundadır çünki bu İranın savaş planın gedişatı üçün strateji əhəmiyyət daşıyır.

İranın balistik raketləri Türkiyə ərazisinə atması Adana və ətraf bazalarda Patriot sistemlərinin gücləndirilməsinə və qoşunların tam hazır vəziyyətə gətirilməsinə səbəb olsada İran rejiminə görə Türkiyə və Avropa ölkələrinə savaşın böyüyəcəyi təhlükəsini daha çox hiss etdirməlidir. Onlar deyirlər ki, əgər radarların fəaliyyəti risk altında olarsa, bu həm də ABŞ və NATO-nun müdafiə zəncirinə təzyiq göstərmək üçün bir vasitə olacaq və İranın caydırıcı gücünü artıracaq.

Bir təyyarə və mətn şəkili ola bilər

Siyasi şərhçi Sadiq İsabəyli

visiontv.az