Azad edilmiş ərazilərdə daha 23 mina, 743 PHS aşkarlanıb
10.03.2026

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (02.03.2026 – 09.03.2026) məlumat açıqlanıb.

Azərbaycan  Respublikasının  Minatəmizləmə  Agentliyindən  (ANAMA)   verilən məlumata görə, Tərtər,  Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və  Zəngilanda, o cümlədən  Qazax rayonunun işğaldan azad edilmiş  Bağanıs  Ayrım,  Aşağı  Əskipara,  Xeyrımlı, Qızılhacılı kəndlərində 8 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 743 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1191.2 hektar ərazi mina və  PHS-lərdən təmizlənib.