Azərbaycanda "Ailə Konsepsiyası" sənədi hazırlanıb
26.05.2026

Azərbaycanda "Ailə Konsepsiyası" sənədi hazırlanıb.

Bunu  Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisdəki çıxışı zamanı deyib. 

O bildirib ki, sənəd razılaşdırılmaq üçün müvafiq dövlət qurumlarına göndərilib:

"Onlar təkliflərini bizə təqdim edəcəklər. Bu sənəd  Azərbaycanın yanaşmasını və qarşıdakı vəzifələr üçün çərçivə rolunu oynayacaq. Bundan sonra icrası ilə bağlı fəaliyyət planı da qəbul ediləcək".

B.Muradova qeyd edib ki, həmçinin "Uşaq Strategiyasının II Fəaliyyət Planı (2026-2030)" yekunlaşma mərhələsindədir. Bunun da icrası problemlərin həlli istiqamətində mühüm rol oynayacaq".

visiontv.az