Ali Məhkəməyə iki yeni hakim təyin edilib
26.05.2026

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən  “Azərbaycan Respublikası  Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, Xankəndi  Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu  Abdullayev də vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunub.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis  Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən  Ali Məhkəmənin hakimlərini təyin edir.

visiontv.az