Azad edilmiş ərazilərdə daha 212 mina, 753 PHS aşkarlanıb
27.07.2026

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.07.2026 – 26.07.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə  Agentliyindən (ANAMA)  verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 173 piyada əleyhinə mina, 39 tank əleyhinə mina, 753 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1740,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

visiontv.az