Sosial media üzərindən yazdığım qeydlər.
Tədbirlərə getməməyimin səbəblərindən biri də vaxtilə orta səviyədən aşağı jurnalist, indisə səviyyəsizliyin dibinə çökmüş məmur olan bəzi "həmkarlarla" görüşmək məcburiyyətidir. Bütün tədbirlərdə onları vaxtilə həmkar olduqlarından kənar, hansısa orta ranqlı məmurun və deputatın yanında müti gülüşləri ilə tanıya bilərsiniz. Bu tip "məmur-həmkar" görəndə üzümü çevirirəm, salama belə yazığım gəlir ki onlara verim. Amma az da olsa öz peşəsini unutmayan, mərd məmur-həmkarlarım da var ki, görüşəndə də kişi kimi görüşüb ayrılır.
O günü Media Agentliyinin tədbirinə getmişdim gecikmiş təəssürat kimi qəbul edin.
P.S. Hələ özünü məmur kimi aparan bəzi baş redaktorları demirəm. Kənardan kloun kimi görsənirlər))
P.P.S Acığa Rey Kərimoğlu və Eldəniz Vəliyevlə şəkil də çəkdirdik.

***
Bir nəfər demədi ki, bu gün televiziya günü deyil, "Əkinçi"nin ilk sayının çap olunan günüdür.
***
Qısa təbrik yazmaq istədim.
Amma Müstəqil Azərbaycan mediasının təməlini qoyanlardan olan Rəşad Məcidin təbrikindəki qüssə və Alqış Həsənoğlunun bunu "Müqəddəs kədər" adlandırması məni bu fikirlərin təsiri altına saldı. Və fikirləşdim ki, dünyanın 100 ildən çox qurub yaratdığı ənənəvi mediasını biz cəmi 35 ilə yaratdıq, inkişaf etdirməyə çalışdıq, hətta özümüz bilmədən qızıl dövrünü yaşadıq və indi də kədərlə dəfn edirik. Qəfil doğuluş, sürətli böyümə, ekspromt qəhrəmanlıq və ...
Bu cür yalnız şəhidlər yaşayıb. Başqa heç kim.
Məncə qüssə və müqəddəs kədərin açmasını da burda axtarmaq lazımdır.
Yeni dövr gəlib, yeni dünya, yeni insan və yeni media yaranır. Bu dünyada yeni insan və yeni media canlı qəhrəman kimi yaşayıb şəhid olmayacaq. Virtual ömür sürəcək, cəmiyyətlə virtual danışacaq, virtual qəhrəmanlıq edəcək və virtual da şəhid olacaq.
Bundan qaçmaq olarmı? Məncə artıq gecdir. Kədərli və mübarizə əzmi qırılan media və televiziya möhtəşəmləri özlərini artıq nəsli kəsilən dinozavrlar kimi hiss edirlər. Nəsli kəsilənlərin yeri isə ən yaxşı halda muzeylər olur.
Bayramınızı təbrik edirəm.

***
Prezident İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts "Azərbaycanla Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" imzalayıblar. Bəyannamədə təhlükəsizlik və müdafiə sahəsində ciddi əməkdaşlıq imkanları var. O cümlədən müasir texnologiya ilə əlaqədar əməkdaşlıq da Azərbaycan üçün prioritetdir.
P.S. Mətbuat konfransında diqqətimi çəkən maraqlı məqam isə Prezident İlham Əliyevin Almaniyanın timsalında Qərbin Rusiya ilə gizli danışıqlarını ifşa etməsi oldu. Belə bir görüşdən xəbərim yoxdur deyən Merts udquna-udquna qaldı. Ay səni dovşan yesin İkiüzlü Avropa))
P.P.S Bir də Avropanın bəlli qurumlarının İlham Əliyevə qarşı təşkil etmək istədikləri "demokratik etiraz" oyunu da fiasko ilə nəticələndi. Səhnəyə çıxartdıqları gədələr sinifdə qaldı.

***
Rusiyadan Tehrana "Qiyamət günü" təyyarəsi Müctəba Xameneidən olub-qalanı Çinə aparmaq üçün gəlmişdi. Görünür İranda nəticə əldə edə bilmədilər. Hazırda Müctəbanı yalnız Çinin mütəxəssisləri və müasir tibbi avadanlığı ayağa qaldıra bilər. Ola bilər uzun danışıqlardan sonra Pekin Müctəbanın Çinə aparılmasına razılıq verib. Rusiya isə "dostavka" işini həyata keçirib.
***
İranın Kəşfiyyat Nazirliyi yaydığı bəyanatda bildirilir ki, İsrailin bir neçə televizya kanalı, BBC, Amerikanın səsi, Azadlıq radiosu o cümlədən AzTV və GünazTV-i ilə istənilən formada əlaqədə olan, onlara məlumat, mesaj, foto və video göndərən şəxslərin "casusluğa görə cəzanın artırılması haqqında qanunun 4-cü maddəsinə" əsasən ağır cəzalandırılacaqları.
Günaz TV-ni başa düşdüm, dövlət kanalı olan AzTV-ni niyə qara siyahıya salıblar?
***
Dünyanın ən böyük dövləti olan ABŞ-nin prezidenti Donald Tramp demək olar ki hər gün hansısa telekanala müsahibə verir. Özü də blogğerə yox peşəkar televiziya müxbirinə və ya aparıcısına. Onu da nəzərə alın ki, əksər sosial şəbəkələr ABŞ-də yaradılıb. Amma heç kim TV-ləri öldürüb basdırmır))
P.S. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də adətən peşəkar telekanal spikerlərinə müsahibə verir. Amma nədənsə bəzi "islahatçılar" peşəkar medianı diri-diri torpağa basdırmaq istəyir.
Diqqət yetirməyiniz üçün yazdım.
Şöhrət El-Dəniz.
visiontv.az