Pakistan Qırmızı dəniz hücumlarının qarşısının alınması ilə bağlı İrana mesaj göndərib.
Bu haqda ərəbdilli "Əl-Həds" məlumat yayıb.
İslamabad Tehranı Qırmızı dənizdəki hücumların dayandırılması üçün "Ənsar Allah"a (husilər) təzyiq göstərməyin vacibliyi barədə məlumatlandırıb.
Bir neçə gün əvvəl isə Paksitan hökuməti İranın dəstəklədiyi Yəmən hüsulərinin gəmilərə hücumları barədə xəbərdarlıq etmişdi:
"Bizim və ya Səudiyyə Ərəbistanının gəmilərinə hücumlar milli təhlükəsizliyimizə təhddir".
visiontv.az