Zob xəstəliyi olanların feyxoa yeməsi faydalıdır
21.11.2019

Sitrus meyvələrindən olan feyxoa ağacı hündürlüyü 6 metrə çatan həmişəyaşıl, alçaq gövdəli bitkidir. Mənfi 16 dərəcəyə qədər temperatura davam gətirir. Əkiləndən üç il sonra meyvə verməyə başlayan ağacın məhsulu çiçəkləmə dövründən dörd-beş ay sonra yetişir və yığılır.

Visiontv.az tibbi saytlara istinadla xəbər verir ki, Braziliya təbiətşünası Joao da Silva Feyxo ilk dəfə feyxoanı XIX əsrdə yetişdirib və meyvə adı onun şərəfinə verilib. Qərbi Paraqvay və cənubi Braziliyada təbii halda yetişir. Ölkəmizdə onu Lənkəran və Astara rayonlarında yetişdirirlər.

Feyxoanın insan sağlamlığı üçün çox faydası var, ondan dərman kimi də istifadə olunur. Feyxoanın tərkibində olan S vitamini soyuqdəymə zamanı və qrip epidemiyalarında əvəzolunmaz vasitədir. Onun tərkibində olan dəmir, selen, maqnezium maddələri orqanizmin bir sıra funksiyalarında müsbət rol oynayır.