Danışıqlarda İran heyətinin rəhbəri kim olacaq?- Rəsmi media zidiyyətli məlumatlar yayır
09.04.2026

Bəzi media orqanlarında İran danışıqlar qrupunun rəhbərinin təyin olunması ilə bağlı yayılan məlumatların əksinə olaraq, bu məsələ hələlik yekunlaşmayıb.

Bu barədə İranın "Təsnim" xəbər agentliyi məlumatatlı mənbəyə istinadən bildirib.

"Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi, hökumətin üç qolu və ölkənin digər müvafiq rəsmiləri danışıqlar üçün bütün aspektləri və zəruri şərtləri nümunəvi birlik ilə araşdırır və bu barədə tezliklə rəsmi açıqlamalar veriləcək",- məlumatda qeyd olunub.

Məlumatlı mənbə mediaya vəziyyətin həssaslığını nəzərə alaraq lazımsız fərziyyələrdən və doğru və ya qəti olmayan xəbərlərin dərc edilməsindən çəkinməyi tövsiyə edib.

Qeyd edək ki, bundan əvvəl "İsna" xəbər agentliyi danışıqlar qrupunun rəhbərinin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf olduğu barədə məlumat yayıb.

İranın rəsmi mediasında məsələ ilə bağlı zidiyyətli məlumatların paylaşılması, hakimiyyət daxilində də qarşıdurmaların mövcudluğu barədə iddiaları əsaslandırır.

visiontv.az