Niyə Türkiyə Kiprdə təxribata çəkilir?
Niyə Kiprdə Türkiyə hərbi hərəkatına qarşı güc göstərməyən ölkələr, indi az qala Türkiyəyə açıq müharibə elan edirlər?
Niyə Fransa Yunanıstan ilə Kiprdə hərbi dəniz təlimləri keçirir?
Niyə İsrail İran müharibəsinin altından çıxmamış Livanı işğal etməyə çalışır?
İsrail niyə Livanın bütün sahil xəttinə tam nəzarət etmək istəyir?
İsrail üçün Livanın işğalı niyə Hizbullah nəzarət etdiyi zonadan kənarda da vacibdir?
Niyə BlackRock Türkiyə ilə anlaşmağa çalışır?!
Niyə bəzi güclər Türkiyəni NATO-dan çıxarmaq təkləmək istəyir? İrandan sonra hədəf Türkiyədor deyir?
Niyə dünya maliyyə ağaları, 5 dənizin ortasında, Türkiyə sabitlik adası, enerji habı olmalıdır deyir?
Suriyada vətəndaş müharibəsi başlayanda hərə bir səbəb deyirdi. Amma əsas səbəbi heç kim demirdi.
Meşiaxı, Məsihi, Mehdini, Dəccalı, qırmızı dananı, üçüncü məbədi bir kənara qoysaq...
Məsələyə bir də iqtisadi baxsaq.
Pul, pul və pul kimi.
Qəzzadakı müharibə heç vaxt yalnız HƏMAS-la bağlı olmayıb!
Və hazırda Yaxın Şərqdə gedən müharibə yalnız nüvə silahları və/və ya İran proksiləri ilə bağlı deyil.
Şərqi Aralıq dənizinin altında, demək olar ki, heç kimin danışmadığı bir şey var.
1999-cu ildə British Gas şirkəti Qəzza sahillərində təbii qaz yataqları kəşf etdi.
Onları Qəzza Dəniz 1 və Qəzza Dəniz 2 adlandırdılar.
Qəzza sahillərindən 36 kilometr məsafədə yerləşir.
Təxmini ehtiyatlar, 1,4 trilyon kub fut qaz.
Fələstin Muxtariyyəti British Gas ilə 25 illik lisenziya imzaladı.
Müqavilə qısa və aydın idi. Hər yerdə olduğu kimi.
İngilis qazı çıxarır.
Fələstinlilərə də gəlirdən pay verirlər.
Sonra İsrail bunu blokladı.
27 il ərzində.
Hər sövdələşmə. Hər razılaşma. Yatağın işlənməsi üçün hər cəhd.
Bloklandı.
HƏMAS 2007-ci ildə seçkilərdə qalib gəldikdə, İsrailin əlinə fürsət düşdü.
Dəniz blokadası elan etdi və dənizdəki əməliyyatları tamamilə dayandırdı.
Qəzzalı balıqçılara sahildən 3 km-dən artıq üzməmək qadagsiy, təkcə Qəzzanı aclığa məhkum etmək üçün deyildi.
2008-ci ilin dekabrında British Gas şirkəti artıq bezdi.
Təl-Əvivdəki ofisini bağladı və üzüsulu çıxdı getdi. .
Amma qaz axı yerindədir. Suyun altında gözləyir.
Əl dəyməmiş, toxunulmamış, 1.4 milyard qaz.
Fələstin xalqı isə hələ də xaricdən gələn yardımlarla yaşamağa çalışır. Bugün də suyun altında olan qazdan 1 manat qazanmadan.
UNCTAD 2019-cu ildə Fələstinin payını təsdiqləyib.
Birləşmiş Millətlər Təşkilatının ticarət orqanı Qəzza blokadasının dəyərini hesablayıb.
Təkcə 18 il ərzində fələstinlilər onlara aid olan yataqlardan təxminən 5 milyard dollardan çox gəlir itiriblər.
Amma bu ancaq böyük rəsmin bir pazlıdır.
Çünki Qəzza Dəniz yataqları daha böyük bir okeanın kiçik bir hissəsidir.
Levant Hövzəsi Zonası qaz okeanının.
2010-cu ildə ABŞ Geoloji Tədqiqatlar İnstitutu onu qiymətləndirib.
122 trilyon kub fut təbii qaz.
1,7 milyard barel neft.
Şərqi Aralıq dənizində.
Qəzza, İsrail, Livan, Suriya və Kipr sahilləri boyunca uzanır.
İndiyə qədər kəşf edilmiş ən böyük dəniz qaz zonalarından biri.
İsrail düz onun mərkəzində yerləşir.
Aralıq dənizindəki ən böyük qaz yataqları onun sahilində yerləşir: Tamar yatağı, Lefiavan yatağı.
Leviathan və Tamar yataqları hazırda hasilat aparılır.
İran müharibəsindən bir neçə həftə əvvəl, 2026-cı ilin yanvar ayında Çevron, Leviafanın istehsal gücünü genişləndirmək üçün yeni bir investisiya planı təsdiqlədi.
Paralel olaraq, bir müharibəni bitirə bilməyən İsrail, Livan işğalına başlayır.
Çünki Livanın sahil xətti birbaşa Levant hövzəsinin mərkəzi hissəsinin düz üstündə yerləşir.
Təkcə Livanın dəniz sularında təxminən 30 trilyon kub fut qaz var.
Bu xəttin davamı Suriyanın sahil xəttindən keçir.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropaya Rusiya qaz təchizatı kəsildikdən sonra Avropa təlaşla alternativ mənbə axtarır.
Və Bingo.
Bütün şərqi Aralıq dənizi sahil xəttinə nəzarət etmək, hazırda Avropaya yeganə real alternativ enerji təchizatına nəzarət etmək deməkdir.
70-ci illərdə geopolitikanı formalaşdıran neft idi.
2020-ci illərdə isə qeyd-şərtsiz, həm də qazdır.
Siyasi analitik Turab Rzayev
visiontv.az