İran məhkəməsi daha bir etirazçını edama məhkum edib
09.04.2026

2022-ci ildə məcburi hicaba qarşı başlayan etiraz aksiyalarında 17 yaşında həbs edilən 20 yaşlı Möhsün İslamxah edam ediləcək.

Bu barədə İran məhkəməsi məlumat yayıb.

Məlumata görə, Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərinin İnqilab Məhkəməsi M.İslamxahı "silahlı üsyan" (müharibə) ittihamına görə ölümə məhkum edib.

İnsan haqları təşkilatları müttəhimin işgəncə altında saxta etiraf verməyə məcbur edildiyini iddia edib, həbs edildiyi zaman yetkinlik yaşına çatmadığı üçün barəsində çıxarılan cəza hökmünün qanunsuz olduğunu bildiriblər.

visiontv.az