Zəncanda genişmiqyaslı həbslər
02.02.2026

Kəşfiyyat İdarəsi Zəncanda 85 nəfərin saxlanıldığını açıqlayıb.

“Mehr” xəbər agentliyi Zəncan vilayətinin Kəşfiyyat İdarəsinə istinadən bildirib ki, son etirazlarla əlaqədar “85 nəfər lider və əsas şəxs” saxlanılıb.

Məlumata görə, bu həbslər kəşfiyyat qurumunun iddiasına əsasən “xalqın verdiyi məlumatların köməyi ilə” həyata keçirilib və saxlanılan şəxslərə “zorakı fəaliyyətlərin təşkili və icrasında əsas rol oynamaq” kimi ağır ittihamlar irəli sürülüb.

Saxlanılanlar, həmçinin “dövlət, hərbi və hüquq-mühafizə obyektlərinə hücum”, eləcə də “iyirmidən çox bank və məscidin dağıdılması və yandırılması” ittihamları ilə üz-üzədirlər.

Kəşfiyyat əməkdaşları əməliyyat zamanı “hərbi və ov silahları, patronlar, soyuq silahlar və spirtli içkilər”in müsadirə edildiyini iddia ediblər.

Etirazlar 2026 il Yanvar ayda başlayıb və həbslərin dalğası xüsusilə 8 və 9 Yanvar tarixlərindən sonra kəskin şəkildə artıb. İnsan hüquqları qurumları məlumatlara qoyulan məhdudiyyətləri nəzərə alaraq, saxlanılanların sayının on minlərlə nəfərə çatdığını təxmin edirlər.

visiontv.az