Suriya hökumət qüvvələri SDQ-nin idarə etdiyi Hasekeyə daxil olub
02.02.2026

Suriyada hökumət qüvvələri SDQ-nin idarə etdiyi Haseke şəhərinə daxil olub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Hasekedə olan AFP müxbirləri hökumət qüvvələrinə məxsus konvoyun SDQ nəzarətindəki buraxılış məntəqəsindən keçdiyini müşahidə ediblər.

Qeyd edək ki, ötən həftə Suriya hökuməti və SDQ arasında əldə olunan razılaşmaya əsasən, SDQ qüvvələrinin Suriya ordusuna inteqrasiya prosesi təsdiqlənib.