Yusif Pezeşkian: "İnternetin bağlanması heç nəyi həll etməyəcək".
27.01.2026

O, ölkədə internetin nə vaxt açılacağı ilə bağlı suallara belə cavab verib: "Sizin kimi, mən də internetin nə vaxt normal vəziyyətə qayıdacağını bilmirəm. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək.

Ola bilsin ki, təhlükəsizlik orqanları internetin bərpasının ölkədə sabitliyin yenidən pozulmasına yol açacağından narahatdırlar. Daha vacib narahatlıq isə internetin bağlı saxlanılmasının narazılıq yaradacağı və xalqla hökumət arasındakı uçurumu genişləndirəcəyidir. Yəni, narazı olmayanlar da narazılar sırasına qoşulacaqlar".

Sitat: "İnterneti bağlamaq sanki hər şeyi silmək kimidir. İnternet bu gün həyatın zərurətinə çevrilib. Ölkənin akademik cameəsi xarici jurnallara göndərdikləri məqalələrə daxil olmaq və ya onları izləmək istəyirlər. İş adamları bizneslərini idarə etmək istəyirlər. Gənclər internetdə əylənir. Təhlükəsizlik orqanları internet vasitəsilə təhlükəsizliyi təmin etməlidirlər.

Digər bir təhlükəsizlik narahatlığı isə, ötən həftə "zorakılığa çevrilən etirazlar"la əlaqəli video və görüntülərin yayılmasıdır.

Videoların paylaşılması gec-tez qarşılaşacağımız bir gerçəklikdir. İnternetin bağlanması heç nəyi həll etməyəcək, sadəcə problemi təxirə salacaq".

visiontv.az