“Əl-Ərəbiyyə”nin məlumatına görə, Yəmən hökumət qüvvələri İranın dəstəklədiyi husilərə qarşı şimal-qərbdə yerləşən Əl-Cövf vilayətinin dərinliklərinə doğru irəliləyib və vilayətin paytaxtı Əl-Həzmə doğru hərəkət ediblər.
Məlumata görə, qüvvələr hərbi düşərgəyə daxil olub. Hökumətə məxsus təyyarələr isə Əl-Cövf, Əl-Beyda, Mərib və Taiz vilayətlərində zərbələr endirib.
Əl-Həzmə doğru irəliləyiş zamanı bəzi husi döyüşçülərinin təslim olduğu bildirilir.
visiontv.az