Yer kürəsində yeni maqnit qasırğası gözlənilir
07.09.2026

Yer kürəsində yenidən G1 dərəcəli maqnit qasırğası gözlənilir. Bu təbiət hadisəsinin sentyabr ayının 9-da baş verəcəyi ehtimal olunur.

Visiontv.az  xəbər verir ki, bu barədə Rusiya Elmlər  Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş  Astronomiyası Laboratoriyasının rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Mütəxəssislərin proqnozlarına əsasən, növbəti üç gün ərzində planetimizdə zəif maqnit dalğalanmaları hiss ediləcək. Belə ki, sentyabrın 7-də vəziyyət stabil olacaq, ayın 8-dən etibarən ilkin dalğalanmalar özünü göstərəcək. Sentyabrın 9-da isə Bakı vaxtı ilə saat 13:00-da maqnit qasırğasının planetimizə təsiri başlayacaq.

Bununla belə, təqdim olunan qrafiklər qasırğanın uzunmüddətli olmayacağını göstərir. Axşam saatlarına doğru geomaqnit fonunun tamamilə normallaşacağı və aktivliyin səngiyəcəyi gözlənilir.

visiontv.az