Qətər, Bəhreyn və Küveytin hava məkanı bu gün ən azı daha 5 saat uçuşlar üçün bağlı qalacaq.
Bu barədə Visiontv.az TASS-a istinadən xəbər verir.
Qeyd olunub ki, sözügedən ölkələrin hava məkanı Bakı vaxtı ilə saat 14.00-a qədər bağlı qalacaq.
Bundan əvvəl Suriya üzərindən uçuş qadağası 24 saata qədər uzadılıb.
Məlumata görə, təkcə Omanın hava məkanı Avropa ilə Asiya-Sakit okean regionu ölkələri arasında təyyarələrin tranziti üçün açıq olaraq qalır.
visiontv.az