Səfir: İran Hörmüz boğazını bağlamayıb, şərait tələb edərsə, addım atıla bilər
02.03.2026

İran Hörmüz boğazını bağlamayıb.

Visiontv.az   APA-ya  istinadən  xəbər verir ki, bunu İranın  Azərbaycandakı  səfiri  Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.

"Həmin ərazidə hərəkəti İran idarə edir. Bu marşrutdan istifadə edən bəzi tankerlər qaydaları pozduğu üçün onlara qarşı tədbir görülüb. Lakin İranın mənafeyi tələb edərsə, hərəkətin bağlanması üçün addımlar atıla bilər", - səfir bildirib.

visiontv.az