Xameneinin hiyləgər planı
03.06.2026

“Fox News” telekanalı xəbər verir ki, İranın ali rəhbəri Müctəba Xameneyi Yaxın Şərqdə ABŞ-nin təsirinə qarşı regional koalisiya yaratmaq məqsədilə geniş siyasi və ideoloji kampaniya başladıb.

Məlumata əsasən, təşəbbüsün məqsədi müsəlman ölkələrini İranın dəstəklədiyi “yeni İslam sivilizasiyası” ideyası ətrafında bir araya gətirməkdir.

Xameneyinin sosial media hesabındakı müraciətində region xalqlarının ortaq maraqlarının qorunmasının və yeni regional nizamın formalaşdırılmasının vacibliyi vurğulanıb. O, müsəlman ölkələrini daha sıx əməkdaşlığa çağıraraq bildirib ki, ABŞ artıq Qərbi Asiyada əvvəlki kimi sərbəst hərbi mövcudluğunu saxlaya bilməyəcək.

Müşahidəçilərin fikrincə, bu addımlar Vaşinqtonun İsrail ilə ərəb və müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş təşəbbüslərinə cavab xarakteri daşıyır.

visiontv.az