Sistan və Bəluçistan əyalətinin Zabol şəhərində yerləşən “Moin” çörək sexinin qarşısında uzun növbələr və sıxlıq müşahidə olunub. Sosial mediada yayılan görüntülər və videolar vəziyyətin yerli əhali arasında narazılığa səbəb olduğunu göstərir.
Kadrlarda çox sayda qadın, kişi, uşaq və yaşlı insanların isti havada saatlarla növbədə gözlədiyi görünür. Sakinlərin sözlərinə görə, bölgədə çörək qıtlığı, un kvotalarının azalması və paylanma sistemindəki nizamsızlıq vəziyyəti daha da çətinləşdirib.
Məlumata əsasən, bir çox insanlar səhər tezdən növbəyə durmasına baxmayaraq, bəzən saatlarla gözlədikdən sonra belə çörək ala bilmirlər. Bu vəziyyət xüsusilə aztəminatlı ailələr, qadınlar və yaşlılar üçün ciddi çətinlik yaradır.
visiontv.az