WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq
13.05.2026

"WUF13 tədbirin məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 10 hektarı nəqliyyat üçün nəzərdə tutulub".

Bunu jurnalistlərə açıqlamasında  WUF13  Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru  Adil Məmmədov deyib.

O bildirib ki, foruma, ümumilikdə, 32 mindən çox iştirakçının qatılması gözlənilir: "WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Jurnalistlərin sayı isə 1200-dən çoxdur".

visiontv.az