ABŞ şirkəti TRIPP ərazisində tədqiqat aparmaq üçün Ermənistana gedib
13.05.2026

ABŞ-ın AECOM şirkətinin əməkdaşları TRIPP layihəsinin tikintisi ilə bağlı ərazinin araşdırılması məqsədilə Ermənistana səfər ediblər.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistan Baş nazirinin müavini  Mqer Qriqoryan  ABŞ nümayəndə heyətini qəbul edib.

Görüşdə  ABŞ nümayəndələri texniki-iqtisadi əsaslandırmanın hazırlanması üzrə işlərin əsas istiqamətlərini və gözlənilən nəticələri təqdim ediblər.

visiontv.az