VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək
07.11.2025

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi bu gün baş tutacaq.

Visiontv.az Apasport.az-a istinadən xəbər verir ki, "Al Janadryah"dakı tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.