İranlı taekvondoçu israilli rəqiblə üz-üzə gəlməmək üçün turniri tərk etdi
05.12.2025

İranlı taekvondo idmançısı Rujan Qudərzi Nayrobidə keçirilən 21 yaşadək idmançılar arasında Dünya Çempionatında israilli rəqiblə eyni qrupa düşdüyü üçün yarışdan imtina edib.

Hadisə Dünya Taekvondo Federasiyasının turnir öncəsi püşkatma qaydalarını qəfil dəyişdirməsi ilə bağlıdır. Qayda dəyişikliyi nəticəsində iki qrup birləşdirilib və iranlı idmançı israilli rəqiblə eyni qrupda yer alıb. İran komandası püşkatmaya etiraz etsə də, federasiya püşkün geri dönüşünün olmadığını bildirib. (Khabar Online)

İsrailin elm və texnologiya naziri Gila Qamliel “X” hesabında paylaşım edərək yazıb: “İranlı taekvondoçu döyüşdən yalnız bir səbəbdən çəkilib və bu da qorxu idi. Ancaq o, idman yarışlarından yox, onu və ailəsini təhdid edən İran rejimindən qorxur. İslam Respublikası da qorxur. İran xalqı isə azad həyata, suya, elektrik enerjisinə, təmiz havaya və azad iqtisadiyyata acdır”.

visiontv.az