ABŞ onuncu hərbi gəmisini Yaxın Şərqə göndərdiyi bir vaxtda İran rəsmiləri Vaşinqtonla söz müharibəsini davam etdirir.
Bu qəbildən olan son açıqlamalardan birini də İran parlamentinin üzvü Kamran Qəzənfəri səsləndirib və İranın ABŞ-ın paytaxtı Vaşinqtona hücum ehtimalı barədə danışıb.
"İslam Respublikasının hərbi rəsmiləri ABŞ-a hər hansı bir hücum halında ətraf ölkələrdəki bütün Amerika bazalarının hədəf alınacağı və Vaşinqtonun da İranın hədəfinə çevriləcəyi barədə mesaj göndəriblər",- parlamentin Daxili İşlər Komitəsinin üzvü bildirib.
Millət vəkilinin bu iddiası İranın uzaq mənzilli raketlərinin Avropaya çatmadığı və Tehranın ABŞ-a yaxın heç bir hərbi bazasının olmadığı bir vaxta təsadüf edir.
visiontv.az