Güney Azərbaycanda repressiya: Daha 16 nəfər həbs edildi
31.01.2026

Şərqi Azərbaycanın Marağa şəhərində etiraz aksiyalarında iştirak edən daha 16 nəfər həbs edilib.

Bu barədə şəhərin polis rəisi Tohid Farsi bildirib.

O, etirazçıların, polis qüvvələri ilə təhlükəsizlik məmurlarının birgə keçirdiyi əməliyyat nəticəsində həbs edildiklərini deyib.

Farsi, kimliyi açıqlanmayan 16 nəfərin etiraz aksiyalarının təşkilatçıları və liderləri olduğunu söyləyib.

Polis rəisi azərbaycanlı məhbusların "ictimai asayişi pozmaqda", "vətəndaşları iğtişaşlara çağırmaq"da və "dövlət əmlakına zərər vurmaq"da ittiham olunduqlarını bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi saxlanılanların sayı 44 min nəfəri keçib.

visiontv.az