Varşava Putinin beynəlxalq həbs qərarını icra etmək məcburiyyətində qala bilər
22.10.2025

Polşa Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Macarıstanda ABŞ prezidenti Donald Trampla sammitə gedərkən bu ölkənin hava məkanından istifadə etməsin. Əks halda, Varşava beynəlxalq həbs qərarını icra etmək məcburiyyətində qala bilər.

Tramp keçən həftə demişdi ki, Ukraynadakı müharibəni bitirməklə bağlı danışıqlar üçün Macarıstanın paytaxtı Putinlə görüş planlaşdırır.

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 2023-cü ildə Putinlə bağlı həbs qərarı çıxarıb. Rusiya lideri Ukraynadan yüzlərlə uşağı qanunsuz deportasiyasında, yəni müharibə cinayətlərində ittiham olunur.

Rusiya BCM-in yurisdiksiyasını tanımır və ittihamları rədd edir.

Polşanın xarici işlər naziri Radoslav Sikorski "Radio Rodzina"ya deyib ki, ölkəsində məhkəmənin təyyarəni müşayiət edərək şübhəlini Haaqa məhkəməsinə təhvil verməsi haqda qərar çıxarmayacağına zəmanət vermir.

BCM-in həbs qərarı üzv dövlətlər üzərinə Putin onların ərazisinə daxil olarsa, onu həbs etmək öhdəliyi qoyur.

Macarıstanın baş naziri Viktor Orban Putinlə yaxşı münasibət saxlayır. O deyib ki, Budapeşt Putinin sammit üçün ölkəyə daxil olub geri dönməsini təmin edəcək.

Ancaq Rusiyanın nümayəndə heyəti Ukrayna üzərindən keçməmək üçün azı bir Avropa İttifaqı ölkəsinin hava məkanından istifadə etməli olacaq. Aİ üzvlərinin hamısı BCM üzvləridir. Macarıstan isə məhkəmədən çıxmaq üzrədir.

NATO üzvü Polşa 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan Kiyevin ən sadiq tərəfdarlarından olub.

visiontv.az