Cari məhsul ilində Qərbi Azərbaycan əyalətinin Urmu bölgəsində 90 min ton şəkər çuğunduru yığılıb və bu ötən illə müqayisədə 25% çoxdur.
Bu barədə Urmu Kənd Təsərrüfatı İdarəsinin başçısı Pərviz Əmcəd məlumat verib.
O, yığılan şəkər çuğundurlarının 60%-nın dövlət tərəfindən alındığını və qalan hissənin də alınması ilə bağlı işlər görüldüyünü söyləyib.
Pərviz Əmcədin məhsul yığını ilə bağlı bu açıqlaması əslində Urmu gölündə ekoloji problemin davam etməsi səbəblərindən daha birini ortaya çıxarmış olur.
Şəkər çuğunduru çox su aparan məhsul olduğuna görə, əksər ölkələrdə bu məhsul payız fəslində əkilir.
Ancaq Qərbi Azərbaycan əyalətinin iqliminin sərt olması səbəbindən burada şəkər çuğundurunun əkini yaz aylarında baş tutur.
Bu isə yeraltı və yerüstü su ehtiyatlarının daha çox tükənməsinə təsir göstərir.
İran şəkər çuğunduru isə suyun istehlakına görə dünya üzrə orta göstəricidən 3 dəfə, suvarma üçün tələb olunan suya görə isə dünya standartından təxminən 9 dəfə artıq su tələb edir!
Bölgədə su çatışmazlığı və Urmu gölünün qurumasına baxmayaraq, son illər İran hökumətinin yerli əkinçiləri şəkər çuğundurunun əkini üçün daha çox təşviq etməsi, bunun xeyriə hesablanmadığına dəlalət edir və burada hansısa şübhəli məqamların olmsı barədə ehtimalları gücləndirir.
Ekoloqlar bölgədə çox su tələb edən məhsulların əkininin qəti yığışdırılmasını və onların yerinə az su tələb edən məhsulların əkilməsini təklif etsələr də, İran Kənd Təsərrüfatı Nazirliyi bunu quaq ardına vurmaqda davam edir.
Qeyd edək ki, yanvarın 2-ə olan məlumata görə, Urmu gölündə ekoloji problem davam edir və son mövsümi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyard 240 milyon kubmetrdir.
Bununla yanaşı göldə su həmi səviyyəsinin 1270 kubmetr, gölün sahəsinin isə 930 kvadrat kilometr olduğu bildirilib.
Xatırladaq ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
visiontv.az