Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Parisdə İran müxalifətinin toplantısında iştirak edib
16.01.2025

GünazTV "Habertürk"-ə istinadən xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edilən Keyt Kelloq Parisdə keçirilən İran müxalifətinin toplantısında iştirak edib.

İclasda mühüm açıqlamalar verən Keyt Kelloq, İrana təzyiqlərin artırılmasının vacibliyini vurğuladı: "İrana təzyiqləri artırmalıyıq. Amma bu təzyiq təkcə hərbi deyil, həm də iqtisadi və diplomatik yollarla həyata keçirilməlidir. İranı dəyişdirmək imkanı var, lakin bu fürsət olmayacaq. Biz İranı yaxşılığa doğru dəyişdirə bilərik."

Keyt Kelloq karyerası boyu ABŞ Ordusunda xidmət edib, eyni zamanda 2018-2021-ci illərdə ABŞ vitse-prezidenti Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub.

visiontv.az