15 yanvar Türk ədəbiyyatının “Mavi Gözlü Devi”nin ad günüdür...
15.01.2025

Karıcığım.

Senin kaç yaşında olduğunu

ne düşündüm şimdiye kadar

ne de bundan sonra düşüneceğim.

Ve inanmıyorum bir kış günü dünyaya geldiğine.

Sen mutlaka baharda doğmuş olmalısın,

toprak uyanırken...

Nazım Hikmet bu şeri ikinci həyat yoldaşı Pirayeyə yazıb.

Piraye Altınoğlu (1906 - 1995) şairin ən sevdiyi qadın olub.

Qışda doğulduğu üçün Nazım onun ilin soyuq fəslində dünyaya gəlməsinə inanmır, sən mütləq baharda doğulmuş olmalısan deyir…

Nazım Hikmet də qışda gəlib dünyaya.

Zənnimcə, Nazım Piraye kimi “toprak uyanırken” deyil, elə qışın şaxtasında gəlib dünyaya. Həyatı həbsxanaların soyuq divarları, “Moskof”ların qürbət sazağında keçmişdi çünki…

15 yanvar Türk ədəbiyyatının “Mavi Gözlü Devi”nin ad günüdür...

İbrahim Nəbioğlu

visiontv.az