Türkiyə Ərdoğana görə güclüdür
Türkiyə Ərdoğana görə güclüdür
27.03.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

Türkiyə də Ədalət və İnkişaf partiyasi (AKP) hakimiyyətdə olması Cənubi Qafqazın təhlükəsizliyi üçün mühüm faktordur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni beynəlxalq gücə çevirmək yolunda mühüm addımlar atır. Yaxın Şərqdə Türkiyəni əsas söz sahibi edib. Cənubi Qafqazda və Yaxın Şərqdə Rusiya -İran tamdeminə böyük zərbə vurub.

Türkiyə 2003-cü ilə kimi ABŞ təlimatı ilə hərəkət edib. Bugün müstəqil və onunla hesablaşan güclü Türkiyəni inkişaf etdirən məhz R. T. Ərdoğan faktorudur. R. T. Ərdoğan olmasaydı, CHP inkişaf edə bilməzdi. Türkiyə silahlı qüvvələri CHP və siyasi hakimiyyət üzərində "domokl qılıncı" olaraq qalırdı.

Türkiyə Ermənistana da təzyiqlər edərək Zəngəzur dəhlizini açacaq. Məhz Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinin üstündən Ankara xətt çəkir. Türkiyə prezidenti 40 illik PKK terror təşkilatına son verir. Belə bir həlledici məqamda Ərdoğanın siyasi hakimiyyətini sarsıtmaq üçün bir proje ortaya atılıb. "Sənin vaxtın keçdi Ərdoğan"-deyən bir Bələdiyyə başqanı İstanbulda hansı işlər görüb ki?!

2003-cü ilə kimi Türkiyədə hərbi çevrilişlər və hökumət böhranları olub. Hansı demokratik quruluşdan söhbət gedir?! 2016-ci ildə növbəti hərbi çevrilişə əl atıldı. AKP Türkiyəni qaranlıq keçmişindən azad edib. Birinci Qarabağ müharibəsində Türkiyə ona görə Azərbaycana dəstək verə bilmədi ki, nə güclü ölkə deyildi, nə də müstəqil siyasi iradəyə malik lideri yox idi. Qərbdən asılı bir ölkə idi. Adi bir Helikopter verəcək gücdə deyildi. R. T. Ərdoğan isə, F16 Gəncəyə düşmüşdü.

CHP Türkiyə Cümhuriyyəti yaradılandan meydandadı. CHP 50 ildə edə bilmədiyini AKP 10 ilə Türkiyəni müstəqil gücə çevirib. Beynəlxalq nizamın deqradasiyaya məruz qaldığı bir dönəmdə Ərdoğanın getməsi Türkiyənin zəifləməsi və forposta çevrilməsi deməkdir. Hazırda beynəlxalq müstəvidə "gücün varsa, haqlısan" deyimi ilə dünya idarə olunur.

Türkiyədə demokratiyaya zərbə və iqtisadi infilyasiya deyənlər ABŞ və Avropa ölkələrinə nəzər salsınlar. AKP və onun lideri R. T. Ərdoğan olmasaydı, indiki güclü və beynəlxalq oyunçu olan Türkiyə olmazdı. Altı dəfə iqtidardan gedən, yeddi dəfə iqtidara gələn demokratik quruluşlu Süleyman Dəmirəl hakimiyyəti Azərbaycana hərbi yardım edə bilmədi.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8