Tümən manat qarşısında ucuzlaşdı
04.04.2025

İranın milli valyutasının məzənnəsi Azərbaycan manatına nisbətdə bu gün yenidən ucuzlaşaraq, yeni tarixi minimuma imza atıb və bu gün hər 1 AZN 60 min 590 tümənə satılıb.

Bu barədə Tehranın azad bazarındakı mənbələr məlumat yayıb.

Bununla yanaşı  hər 1 Amerika dollarının dəyəri 103 min tümənə, hər 1 Avronun qiyməti isə 114 min 240 tümənə çatıb.

Ekspertlərin fikrincə, İran pulunun kəskin ucuzlaşması keçən ay Vaşinqtonun İran neft sektoruna qarşı yeni məhdudiyyət tədbirləri elan etməsi fonunda baş verib.

Xatırladaq ki, 2018-ci ildə İran valyutasının məzənnəsi 1 dollar üçün təxminən 55.00 tümən təşkil edirdi.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8