Mənim həqiqətlərim: Regionlararası ədavət yayanlara qanunla sərt cəza tətbiq edilsin
Mənim həqiqətlərim: Regionlararası ədavət yayanlara qanunla sərt cəza tətbiq edilsin
07.04.2025 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Mehriban Ələkbərzadəni vətənpərvər olmamaqda ittiham edirlər.

Onun bütün həyatı və yaradıcılığı vətənpərvərlik mövzusundan ibarətdir. Şərləməyə başqa səbəb tapa bilmədiniz

***

CHP-nin sədri Özgür Özəl öz sədrlik postunu qoruyub saxlaya bildi. Nə Kılıçdaroğlu, nə də İmamoğlu ona mane ola bilmədilər. Bununla da müxalifətin Türkiyədə "demokratiya" uğrunda küçələrdə başlatdığı mübarizə sona çatdı)) Əvvəldən demişdim bu hadisələrin demokratiya ilə əlaqəsi yoxdur. CHP daxilində yorğan davası gedirdi və bu gün qurultayda yorğan öz sahibinə çatdı.

P.S. Hə yadımdan çıxdı, sən demə İmamoğlunu ABŞ-də bəzi qüvvələrin, ( çox güman ki sol liberalları nəzərdə tutur) göstərişi ilə Türkiyə polisinə, məhkəməsinə sızmış FETO-çular həbs edib. Özgür Özəl özü dedi. Mən demirəm. Amma İmamoğlunun korrupsiya əməli barədə polisə hansı CHP-li məlumat verib hələlik onun adını açıqlamayıb. Vaxtı gəlsin onu da deyəcəklər.

***

Qanunda dini, irqi, etnik zəmində ara qatanlara cəza tətbiqi var. Məndən olsaydı regionlararası ədavət yayanlara qarşı da qanunla sərt cəza tətbiq edərdim.

***

İnsanımızı avara qoyan süni yaradılan ailə-məişət problemləridir.

***

Traktor ( Təbriz) - İstiqlal (Tehan) 2-1

Qələbə Təbrizin və Milli Hərəkatındır.

Tehran rejimi bütün sahələrdə uduzur.

Bir ‎bunu deyən yazı "‎TRACTOR + + TRACTORFE F5 1970 TRACTORF.C. لسفلال 0 ESTRGELAL.TC 1N6-1 VS ESTEGHLALFC FC NAER FULL TIME 2-1‎"‎ şəkili ola bilər

***

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə atası Fərhad Hacıyevin vəfat etməsi ilə əlaqədar baş sağlığı verirəm. 

Allah rəhmət eləsin.

Bir 2 nəfər şəkili ola bilər

***

Mir Şahin: O gün də Ramazan ayını itirmişdilər, çox axtardılar, axırda çətinliklə olsa da tapdılar. Facebookda. Əziz ay axtaranlar, yaxın oturun Sizə bir şey deyəcəm. Ayı tapa bilməyəndə bayrağımıza baxın. Orda sizə lazım olan bir müqəddəs ay parçası həmişə var...

Bir 1 nəfər, xəbər otağı və mətn şəkili ola bilər

***

Əkbər Qoşalı tək istedadlı şair-publisist deyil. O həm də təpədən dırnağa qədər milli bir ziyalıdır.

Müstəqillik dövrümüzün yetişdirdi milli ziyalı obrazının bütün elementləri Əkbər Qoşalıda var.

Bir 3 nəfər şəkili ola bilər

***

Görəsən başqa ölkələrdə də alimlər mübahisəli tarixi hadisələri söyüşlə müzakirə edirlər?

Bayaq Feysbukda hörmət etdiyim alimlər və ədəbiyyatçıların Axundovla bağlı bir yazının müzakirələrini oxudum, dəhşətə gəldim. Bir-birlərinə ta nələr yazmayıblar. Söyüşün, təhqirin biri yarım qəpik. Hətta birini ölkədən qovub çıxardırdılar.

Elmi və tarixi bir hadisəni normal müzakirə etmək olmaz? Bəlkə mən bilmirəm, ola bilər alimlər, ədəbiyyatçılar arasında söyüşlə, hədəylə müzakirə normaldır.

Şöhrət El-Dəniz

visiontv.az

 



Gündəlik

slide 7 to 10 of 8