Estetika görünməyən düşmənə məğlub olma sənətidir.
Tale ilə savaşdan qalib ayrılan insan ideologiya, din, dövlət yaradır. Estetika bu savaşda məğlub olanın yaratdığıdır.
Taleyə boyun əyib yaşamaq ən yaxşısı deyil, ən rahatıdır.
Rahat olan yaxşı olan demək deyildir.
Rahatlıq varsa, yaradıcılıq yoxdur.
Şair bizə qalibliyin deyil, məğlubluğun gözəlliyindən danışır. Qalib gələndən şair olmaz. Qalib gəlmək sərkərdə işidir.
Sənət məğlubun hüznüdür! Estetika hüzndür. Hətta erotika da pornoqrafiyanın hüznüdür, ona görə estetikdir.
Şair günlük qələbələrin qürurundansa, böyük məğlubiyyətin hüznünü seçən adamdır.
Gözəllik səbəbi bizdən gizlədilən hüznün görüntüsüdür.
Sənət də elə budur: səbəbi bizdən gizlədilən hüznün görüntüsü.
Aqşin Yenisey
visiontv.az
Prezident İlham Əliyevin Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub