İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri Əli Xameneinin baş müşavirinin məsələ ilə bağlı son açıqlamalarına istinad edərək deyib ki, İranda atom bombası yaratma ehtimalını müzakirə etməyin vaxtı çatıb.
Keçmiş parlament üzvü və İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri Mansur Həqiqətpur bu sözləri Əli Xameneinin müşaviri Əli Laricaninin ABŞ-ın təhdidlərinin İranı nüvə silahı əldə etməyə sövq edə biləcəyi ilə bağlı son bəyanatlarından sonra deyib.
"Əli Xamenei bir dəfə nüvə silahının yaradılmasının dini baxımdan haram olduğunu bəyan etmişdi, lakin onun necə istehsal olunacağına dair biliklərə qadağa qoymadı. Hazırda bizim nüvə silahımız yoxdur. Ancaq atom bombası təhlükəsi ilə üzləşsək, özümüzü müdafiə etməliyik, yoxsa sadəcə oturub Xirosima və Naqasaki kimi parçalanmalıyıq?"
İran mediasına danışan Həqiqətpur İranın konkret şəraitinin belə müzakirələri zəruri etdiyini bildirib.
Şahin Elxanoğlu
visiontv.az