Tramp Qazaxıstan və Özbəkistan rəhbərlərini ABŞ-da keçiriləcək G20 sammitinə dəvət edib
24.12.2025

ABŞ prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistan liderlərinin 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində qonaq qismində iştirak edəcəyini bildirib.

ABŞ prezidenti Qazaxıstan və Özbəkistanı 2026-cı ildəki G20 sammitinə dəvət edib. O, bu barədə çərşənbə axşamı, 23 dekabr tarixində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışıqlarından sonra məlumat verib.

“Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və biz hər iki liderə bu çox vacib tədbirdə qonaq qismində bizə qoşulmaq üçün dəvət göndərəcəyik. Sammit Mayamidə keçiriləcək”, – deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.

Vaşinqtonun Astana və Daşkəndlə münasibətlərini Tramp “möhtəşəm” adlandırıb.

visiontv.az