İran Telekommunikasiya Şirkətinin Urmu, Təbriz və Həmədan şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.
Bu barədə "İlna" məlumat yayıb.
Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.
visiontv.az