Moskvada polisləri partlatdılar
24.12.2025

Ötən gecə Yeleçkaya küçəsində DYP-nin patrul avtomobilinə üzərində partlayıcı maddə olan naməlum şəxs yaxınlaşıb.

Hücum edən şəxs partlayıcını avtomobilin içinə atıb. Partlayış nəticəsində üç nəfər ölüb — iki DYP əməkdaşı və kimliyi hələlik müəyyən edilməyən üçüncü şəxs (ehtimal ki, partlayışı törədən özü).

İstintaq Komitəsi polis əməkdaşlarının qətlə yetirilməsi və partlayıcı qurğuların qanunsuz əldə edilməsi faktı üzrə cinayət işi açıb.

Partlayış iki gün əvvəl general Sarvarovun avtomobilinin partladıldığı yerin yaxınlığında baş verib.

visiontv.az