Tramp: ABŞ Rusiya və Çin haqqında kəşfiyyat məlumatları toplayır
02.11.2026

ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya və Çin haqqında kəşfiyyat məlumatları topladığını, həmin ölkələrin də ABŞ-a qarşı eyni addımı atdığını bildirib.

 O, bu barədə  Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Bunu narahatlıq doğuran hal hesab etmədiyini vurğulayan Tramp Çin və Rusiyanın  ABŞ-ı izlədiyini, lakin  Vaşinqtonun da bu ölkələrə qarşı eyni fəaliyyəti həyata keçirdiyini deyib.

“Biz bunu onlardan daha yaxşı edirik, ona görə də narahat olmayın”, – Tramp əlavə edib.

Tramp hansı kəşfiyyat məlumatlarının toplanıldığını və bu məsələni kimlə müzakirə etdiyini açıqlamayıb.

visiontv.az