Zənginləşdirilmiş uranın İrandan çıxarılmasına razı deyilik.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında zənginləşdirilmiş uranın İrandan çıxarılması ehtimalı ilə bağlı suala cavabında bildirib ki, Tehran bununla razılaşmır.
Bəqayi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq çağırışlarına münasibət bildirərkən deyib ki, son 15 ildə baş verənləri nəzərə alan İran xalqının haqlı sualı var: "İran nüvə proqramının dinc xarakter daşıdığını göstərmək üçün bütün səyləri göstərsə də, qarşı tərəf bəhanə axtarır".
O, İranın nüvə proqramının həmişə dinc xarakter daşıdığını və belə olaraq qaldığını vurğulayıb. Bəqayinin sözlərinə görə, qarşı tərəfin davamlı olaraq İranı təhlükə mənbəyi kimi təqdim etməsi onların reallığı görməzdən gəldiyini göstərir.
“Bu məsələ realdır, lakin qərarların qəbulu səviyyəsində biz hələ də NPT-nin üzvüyük və öhdəliklərimizə sadiqik”, – deyə sözçü əlavə edib.
Bəqayi ABŞ-nin İranın təslim olması ilə bağlı tələbinə də münasibət bildirib: “Təslim olmaq bizim lüğətimizdə yoxdur".
visiontv.az