“The Wall Street Journal”: “Qərbin Rusiya, İran və Çini nəzarət altına alması üçün Azərbaycana ehtiyacı var”
02.04.2025

“The Wall Street Journal” qəzetinin “Qərb Bakı ilə dostluqdan nə qazanır?” başlıqlı məqaləsində yazılıb ki, Azərbaycan Qərb üçün strateji əhəmiyyət kəsb edir. Bu, həm Rusiya, həm də İranla həmsərhəd olan və hər iki tərəfin hökmranlığına uğurla müqavimət göstərən yeganə ölkədir.

“Güclü və müstəqil Azərbaycan olmasa, nə Moskvanın və Tehranın nəzarətindən kənarda olan Mərkəzi Asiyanı Avropa ilə birləşdirən mərkəzi dəhliz, nə də NATO müttəfiqlərini qazla təmin edən və ABŞ-nin dəstəklədiyi cənub qaz dəhlizi ola bilər”, - deyə, məqalədə vurğulanıb.

Qəzetdə qeyd olunub ki, ABŞ Rusiya və Çinlə rəqabət aparmaq istəyirsə, ona tərəfdaşlar lazımdır.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8