Nüvə silahının istehsalının haram olması barədə Xameneinin fətvası yenidən gündəm olub
06.04.2025

İran ali rəhbərinin müşaviri Əli Laricaninin bu günlərdə İran dövlət televiziyasının “Xüsusi söhbət” proqramına müsahibəsində: “Əgər ABŞ və ya İsrail nüvə silahı bəhanəsi ilə İranı bombalayarsa, İran atom bombası istehsalına doğru getməyə məcbur olacaq” – söyləməsi istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə geniş reaksiyalar doğurub və nüvə silahının istehsalı və istifadəsinin haram olması barədə Ayətullah Əli Xameneyinin məlum fətvasını yenidən gündəmə gətirib.

Maraqlıdır ki, bu ərəfədə Xameneyinin özü də tələbələrlə görüşündə həmin mövzuya toxunaraq bildirib: “Deyirlər ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Əgər biz atom silahı düzəltmək istəsəydik, Amerika bizim qarşımızı ala bilməzdi. Bizim ona görə nüvə silahımız yoxdur ki, müəyyən səbəblərdən özümüz bunu istəməmişik. Əgər istəsəydik, onlar bizə mane ola bilməzdilər”. Laricaninin sözləri isə ABŞ və İsrailin təhdidləri qarşısında İran hakimiyyətində belə bir istəyin yaranacağına işarə edir, başqa sözlə, Xameneyinin təqribən 20 il öncə verdiyi fətva əsasında haram elan edilmiş atom bombasının hazırkı şəraitdə İran üçün halal ola biləcəyini vurğulayır. O da qeyd edilməlidir ki, Laricani bunun ciddi xarici təhlükə qarşısında xalqın tələbi ilə baş verəcəyini bildirib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8