KİV-lərdə "Senat ABŞ-ın Kanadaya qarşı tətbiq olunan rüsumları ləğv etdi" başlıqlı xəbərlər paylaşılır. Bu həqiqətən elədir?
ABŞ Senatında həqiqətən Trampın Kanadaya qarşı tətbiq olunan rüsumlarının ləğvilə bağlı səsvermə keçirildi və 51 (47demokrat+4 respublikaçı) - 48 nisbətilə bu təşəbbüs qəbul olundu. Amma məsələbə bununla bitmir, təşəbbüsü Nümayəndələr Palatası da qəbul etməlidir, bunun ehtimalı isə son dərəcədə aşağıdır.
Və əgər hətta Nümayəndələr Palatası təşəbbüsü qəbul etsə, Tramp ona veto qoyacaq. Vetonu aşmaq üçün isə, həm Senatda, həm də Nümayəndələr Palatasında səslərin 2/3 olmalıdır.
Başqa sözlərlə, heç kim, heç nəyə ləğv etməyib və bugünkü Konqres Trampın tərəfindədir. Ən azı növbəti 15 ay belə olacaq.
Kamran Cəfərov
visiontv.az