Amerika Husilərə qarşı hava hücumlarını gücləndirdiyi üçün İran hərbi nümayəndələrinə husi müttəfiqlərini tərk edərək Yəməndən çıxmağı əmr edib.
Bu barədə "The Telegraph" məlumat verib.
İranın yüksək rütbəli rəsmisi deyib ki, bu addım İran əsgərinin öldürüldüyü təqdirdə Amerika ilə birbaşa qarşıdurmadan qaçmaq məqsədi daşıyır.
Rəsmi bildirib ki, İran həm də Amerikadan gələn birbaşa təhdidlərə diqqəti artırmaq üçün regional proksi şəbəkəsini dəstəkləmək strategiyasını azaldır.
Mənbənin sözlərinə görə, Tehranın əsas narahatlığı Tramp və onunla necə davranmalı olduqlarıdır.
“Hər görüşdə onun haqqında müzakirələr üstünlük təşkil edir və görüşlərdə əvvəllər dəstəklədiyimiz regional qrupların heç biri müzakirə olunmur” - deyə mənbə bildirib.
İrandakı mənbə fikirlərinə əlavə edib: “Burada belə bir fikir var ki, husilər sağ qala bilməyəcəklər və son aylarını, hətta günlərini yaşayırlar, ona görə də onları siyahımızda saxlamağın mənası yoxdur."
Bundan başqa, qəzetin bildirdiyinə görə, Yəmənin paytaxtı Sənadakı rus hərbi ekspertin husilərə Səudiyyə Ərəbistana olan həmlələri azaltmaq və başqa hücumlarını necə həyata keçirəcəkləri barədə məsləhət verdiyi güman edilir.
visiontv.az