Tovuzda məktəbdə 5 şagird zəhərlənib
11.04.2025

Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.

Bu barədə APA--nın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

"Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır", məlumatda deyilir.

Visiontv.az