Tehranda kütləvi nikah mərasimi: “sosial tədbir” yoxsa siyasi şou?
21.05.2026

Tehranda keçirilən “Can fəda cütlüklərin mərasimi” adlı kütləvi nikah sosial mediada geniş müzakirələrə səbəb olub və tədbirin mahiyyəti barədə suallar doğurub.

Məlumata görə, İmam Hüseyn meydanında təşkil olunan mərasimdə yüzlərlə cütlük eyni vaxtda nikaha daxil olub. Tədbirin diqqət çəkən hissəsi isə hərbi və zirehli texnikaların çiçəklərlə bəzədilərək toy karvanına çevrilməsi olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra bir sıra şərhçilər bu cür tədbirlərin sadəcə “nikah təşviqi” deyil, həm də SEPAH-ın və İslam Respublikasının ideoloji və siyasi mesajlarını vizual şəkildə təqdim etməyə yönəlmiş şou xarakteri daşıdığı fikrini irəli sürüblər.

Ölkədə iqtisadi çətinliklər, inflyasiya və sosial problemlər fonunda belə genişmiqyaslı və simvolik tədbirlər ictimai diqqəti gündəlik problemlərdən yayındırmaq və dövlət narrativini gücləndirmək məqsədi daşıyır.

visiontv.az