SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki "Həmzə Seyyid əl-Şühəda" qərarhagının quru qoşunları əyalətin Banə rayonunda əməliyyat keçiriblər.
Bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində çox sayda ABŞ istehsalı olan döyüş silahlı və sursat aşkar edilərək götürülüb.
Silahların terrorçu qruplaşmalara aid olduğu və onların müəyyən edilərək saxlanılması üçün tədbirlər görüldüyü bildirilib.
Qeyri-rəsmi məlumatlara görə, aşkarlandığı iddia edilən silahlar bölgədəki kürd silahlı qruplaşmalarına aiddir.
visiontv.az