“Biz xalqdan utanırıq , lakin qeyd etmək lazımdır ki, biz kritik su çatışmazlığı şəraitindəyik!”
Bu sözləri Təbriz valisi Davud Gerşasbi deyib.
"Təbrizin Anaxatun bölgəsində suyun təzyiqi nəzərəçarpacaq dərəcədə azalıb və hazırda su sakinlərə aşağı təzyiqlə çatır. Bu ərazilərdə binaların birinci və ikinci mərtəbələrində su var, lakin yuxarı mərtəbələrə su verilməsində problemlər yaranıb, bu problemin həlli istiqamətində işlər davam etdirilir." - deyə o bildirib.
Onun sözlərinə görə, böhranlı vəziyyətlə mübarizədə vətəndaşlar hökumətə yardım etməli, suyun təzyiqinin yetərli olmadığı hündür mərtəbəli binalara əlavə su nasosları quraşdırılmalıdır.
Gerşasbi, məmurların vəziyyəti yaxşılaşdırmaq üçün əllərindən gələni etdiklərini və bu mövzuda heç bir şeyə laqeyd yanaşmadıqlarını iddia edib.
Xatırladaq ki, uzun illərdir Araz çayından Təbrizə su ötürülməsi layihəsi yerinə yetirilməmiş qalıb.
visiontv.az